Formula 1 komandalarından olan “Alfa Romeo” Çjou Quanyu ilə müqavilə müddətini yeniləyib.
Mövsümün sonunda sözləşməsi başa çatan çinli pilot daha bir il İsveçrə komandasının bolidini idarə edəcək. Xatırladaq ki, Çjou Formula 1 tarixində çıxış edən ilk çinli pilotdur. Bu mövsüm Kral avtoyarışlarında debüt edən Quanyu hazırda şəxsi birincilikdə 6 xalla 17-ci pillədə qərarlaşıb.